Messi "Barselona" ilə 2 illik müqavilə imzalayacaq

Messi "Barselona" ilə 2 illik müqavilə imzalayacaq Argentinalı hücumçu Kataloniya təmsilçisinin təklifini qəbul edib
Futbol
4 May , 2021 16:37
Messi Barselona ilə 2 illik müqavilə imzalayacaq
Lionel Messi

Lionel Messinin İspaniya "Barselona"sı ilə imzalayacağı yeni müqavilənin müddəti bəlli olub.

"Report" xəbər verir ki, bu barədə məlumatı italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşıb.

Onun sözlərinə görə, argentinalı hücumçu Kataloniya təmsilçisinin 2 illik sözləşmə təklifini qəbul edib. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Son xəbərlər

Orphus sistemi