Messi "Barselona"da yeni rekordlara imza atdı

Messi "Barselona"da yeni rekordlara imza atdı "Barselona"nın hücumçusu Lionel Messi klubda La Liqa matçlarının sayına görə yeni rekorda imza atıb
Futbol
21 Fevral , 2021 18:59
Messi Barselonada yeni rekordlara imza atdı
Lionel Messi

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi klubda La Liqa matçlarının sayına görə yeni rekorda imza atıb.

“Report” xəbər verir ki,"Kadis"lə XXIV tur matçında meydana çıxan argentinalı hücumçu 506-cı oyununu keçirib. Messi bu göstəricidə Xavini 1 oyun geridə qoyub. 34 yaşlı forvardın İspaniya çempionatında ilk görüşü 2004-cü ilin oktyabrında “Union Espanyol”a qarşı olub.

Təcrübəli oyunçu bundan əvvəl Çempionlar Liqasında (ÇL) da yeni nailiyyətə imza atıb. Hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb. O, 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.

Qeyd edək ki, "Barselona" - "Kadis" qarşılaşması 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 32-ci dəqiqədə penalti zərbəsi ilə Lionel Messi açıb. Beləliklə, o, La Liqada 73-cü qolunu vuraraq, Kriştianu Ronalduya məxsus 72 top rekordunu geridə qoyub. 89-cu dəqiqədə isə Aleks Fernandes penalti ilə bərabərliyi təmin edib.

"Barselona" bu nəticədən sonra 7 oyunluq qələbə seriyasına son qoyub. Hazırda bu komandası 47 xalla 3-cü yerdə gedir. "Kadis" isə 25 xalla 14-cüdür.

Son xəbərlər

Orphus sistemi