Messi "Barselona"da qalsa, milyarder olacaq

Messi "Barselona"da qalsa, milyarder olacaq İspaniya "Barselona"sının kapitanı Lionel Messi dünyanın 2-ci milyarderfutbolçusu ola bilər.
Futbol
1831
22 Avqust , 2020 13:22
Messi Barselonada qalsa, milyarder olacaq
Lionel Messi

İspaniya "Barselona"sının kapitanı Lionel Messi dünyanın 2-ci milyarder futbolçusu ola bilər.

"Report" "Forbes"ə istinadən xəbər verir ki, argentinalı hücumçu Kataloniya klubunda qalacağı təqdirdə karyerası ərzində ümumi gəliri 1 milyard ABŞ dollarına çatacaq.

Daha əvvəl hazırda İtalliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldu 1 milyard qazanan ilk futbolçu kimi tarixə düşüb.

Portuqaliyalıdan başqa, dünyada gəliri bu qədər olan daha iki idmançı var. Bunlardan biri amerikalı qolfçu Tayqer Vuds, digər isə onun həmyerlisi, boksçu Floyd Meyvezerdir.

Qeyd edək ki, Lionel Messinin "Barselona"dan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi