Atası təsdiqlədi: Lionel Messi "Barselona"da qala bilər

Atası təsdiqlədi: Lionel Messi "Barselona"da qala bilər İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi komandada qala bilər.
Futbol
3 Sentyabr , 2020 15:33
Atası təsdiqlədi: Lionel Messi Barselonada qala bilər
Xorxe Messi
0 : 00
0 : 00

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi komandada qala bilər. 

"Report" xəbər verir ki, bu barədə 33 yaşlı hücumçunun atası Xorxe Messi "Deportes Cuatro" nəşrinə açıqlamasında bildirib. 

O, argentinalı hücumçunun daha bir mövsüm Kataloniya təmsilçisində qalmağı nəzərdən keçirdiyini təsdiqləyib. X.Messi "Barselona"nın prezidenti Xosep Bartomeu ilə görüşün çox yaxşı keçdiyini sözlərinə əlavə edib. 

Qeyd edək ki, Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə anlaşdığını yazıb. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi