Messi ad günündən öncə "Barselona"da yeni göstəriciyə imza atıb

Messi ad günündən öncə "Barselona"da yeni göstəriciyə imza atıb Futbol üzrə Argentina yığmasının hücumçusu Lionel Messi Barselonadakı karyerasında 250-ci məhsuldar ötürməsini edib.
Futbol
415
24 İyun , 2020 04:29
Messi ad günündən öncə Barselonada yeni göstəriciyə imza atıb

Futbol üzrə Argentina yığmasının hücumçusu Lionel Messi "Barselona"dakı karyerasında 250-ci məhsuldar ötürməsini edib.

"Report"un məlumatına görə, bu barədə ESPNFC özünün “Twitter”dəki səhifəsində bildirib.

Xatırladaq ki, "Barselona" İspaniya La Liqasının 31-ci turunun matçında "Atletik"ə 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu 71-ci dəqiqədə Messinin ötürməsi ilə İvan Rakitiç vurub.

"Barselona" 68 xal toplayaraq "Real"ı 3 xalq qabaqlayaraq İspaniya La Liqasının yarış cədvəlində birinci yerə çıxıb. "Atletik" 42 xalla turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.

Cari mövsümdə Messi La Liqada 26 matçda iştirak edərək, 21 qol vurub, 15 məhsuldar ötürmə edib.

Qeyd edək ki, bu gün Messinin doğum günüdür. Futbolçunun 33 yaşı tamam olur.  

Son xəbərlər

Orphus sistemi