Messi ABŞ-dan 7,3 milyon dollara mənzil aldı

Messi ABŞ-dan 7,3 milyon dollara mənzil aldı İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin ailəsi ABŞ-ın Florida ştatının Sanni-Ayls-Biç şəhərində elit mənzil alıb.
Futbol
25 Aprel , 2021 02:29
Messi ABŞ-dan 7,3 milyon dollara mənzil aldı

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin ailəsi ABŞ-ın Florida ştatının Sanni-Ayls-Biç şəhərində elit mənzil alıb.

"Report"un "The Real Deal" nəşrinə istinadən məlumatına görə, argentinalı hücumçunun ailəsi Kollinz küçəsindəki çoxmənzilli binanın bütün 9-cu mərtəbəsini 7,3 milyon ABŞ dollarına əldə edib. Mənzildə 4 yataq otağı, 4 vanna otağı, 195 kvadratmetr terras və 1 000 şüşə qablıq şərab soyuducusu var.

Alış 34 yaşlı forvardın ailəsinin "Porsche Design Tower"dəki mənzil üçün 5 milyon dollar ödəməsindən 2,5 il sonra baş verib. Sanni-Aylsdan 10 məhəllə cənubda yerləşən mənzilin alışına Lionelin atası Xorxe Messi cavabdeh olub.

Qeyd edək ki, "Forbes" Lionel Messini 2020-ci ilin ən yüksək ödənişli idmançıları siyahısında 3-cü yerdə göstərib. Ötən il o, maaş və bonuslarla birgə 104 milyon dollar qazanıb.

Son xəbərlər

Orphus sistemi