Messi 7 matçdır "Real"a qol vura bilmir

Messi 7 matçdır "Real"a qol vura bilmir İspaniyanın "Barselona" komandasının hücumçusu Lionel Messi “Real Madrid"lə matçda (1:2) səmərəli hərəkətlərlə yadda qalmayıb
Futbol
11 Aprel , 2021 06:42
Messi 7 matçdır Reala qol vura bilmir
Lionel Messi

İspaniyanın "Barselona" komandasının hücumçusu Lionel Messi “Real Madrid"lə matçda (1:2) səmərəli hərəkətlərlə yadda qalmayıb.

“Report” xəbər verir ki, argentinalı hücumçu "Real"la son yeddi matçda "qol+ötürmə" sistemi üzrə fərqlənə bilməyib. Messi 2018-ci ilin mayından “madridlilər”lə matçlarda qol vurmayıb və məhsuldar ötürmələr etməyib. Argentinalı hücumçu sonuncu dəfə 2018-ci ildə - Kriştianu Ronaldu “Real Madrid”də çıxış etdikdə məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Real Madrid" və "Barselona" İspaniya La Liqasında XXX turu çərçivəsində növbəti dəfə üz-üzə gəliblər. Madridin "Alfredo di Stefano" stadionunda təşkil olunmuş El Klasiko meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Son xəbərlər

Orphus sistemi