Messi ilk "qırmızı"ya görə ağır cəzalanacaq

Messi ilk "qırmızı"ya görə ağır cəzalanacaq İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi 4 oyunluq cəzalana bilər.
Futbol
18 Yanvar , 2021 09:00
Messi ilk qırmızıya görə ağır cəzalanacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi 4 oyunluq cəzalana bilər.

"Report" "Marca"ya istinadən xəbər verir ki, buna 34 yaşlı hücumçunun ölkə superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurması səbəb olub.

Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Atletik" final matçının əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi