Messi 100 yaşlı fanatının jestinə cavab verdi

Messi 100 yaşlı fanatının jestinə cavab verdi Argentina sakini Ernan Mastrancelo 100 yaşı ərəfəsində həmyerlisi, İspaniya "Barselona"sı ilə yeni müqavilə bağlamağa hazırlaşan Lionel Messidən təbrik alıb.
Futbol
15 İyul , 2021 10:23
Messi 100 yaşlı fanatının jestinə cavab verdi

Argentina sakini Ernan Mastrancelo 100 yaşı ərəfəsində həmyerlisi, İspaniya "Barselona"sı ilə yeni müqavilə bağlamağa hazırlaşan Lionel Messidən təbrik alıb.

"Report"un məlumatına görə, bu barədə onun nəvəsi Xulian Mastrancelo açıqlama verib. X.Mastrancelo bildirib ki, babası Messinin bütün qollarının tarixçəsini şəxsi bloknotuna yazıb. Bundan xəbər tutan 34 yaşlı hücumçu Argentinanın uzunömürlü sakininə video-müraciət göndərib.

Təcrübəli forvard E.Mastranceloya belə bir jestə görə təşəkkürünü bildirib: "Sizinlə bağlı əhvalatı eşitdim. Bu, mənim üçün ağlasığmaz təsir bağışladı. Hətta xatırlamadığım qolları da qeydə almısınız. Buna görə də sizi bağrıma basıram".

Qeyd edək ki, Lionel Messi indiyədək 1307 oyunda 1163 qol vurub ki, bu da hər oyuna 0,89 qol deməkdir.

Son xəbərlər

Orphus sistemi