AFFA ​Məşqçilər Komitəsinin üzvləri səfərə çıxır

AFFA ​Məşqçilər Komitəsinin üzvləri səfərə çıxır Vaqif Sadıqov Azərbaycan yığmasının Serbiya və Norveçlə oyunlarını izləyəcək
Futbol
1 İyun , 2015 16:11
AFFA ​Məşqçilər Komitəsinin üzvləri səfərə çıxır

Bakı. 1 iyun. REPORT.AZ/ AFFA Məşqçilər Komitəsinin üzvləri yığma komandalarla birgə səfərlərə yollanacaq. Bu barədə "Report"a Komitənin sədri Vaqif Sadıqov məlumat verib.

V.Sadıqov deyib ki, Serbiya yığması ilə yoldaşlıq görüşünü izləmək üçün bu gün Avstriyaya yola düşəcək: "Burdan da Azərbaycan millisinin Avro-2016-nın seçmə qrup mərhələsində Norveç yığması ilə keçirəcəyi qarşılaşmanı izləmək üçün Norveçə gedəcəm. Şakir Qəribov isə iyunun 8-də 17 yaşadək futbolçulardan ibarət yığma komanda ilə Gürcüstana və Qazaxıstana səfər edəcək".

Komitənin digər üzvü Şahin Diniyev isə iyunun 10-da 21 yaşadək futbolçulardan ibarət milli ilə birgə Danimarkada təlim-məşq toplanışında iştirak edəcək. Toplanışı başa vurduqdan sonra komanda Farer adaları ilə Avropa çempionatının seçmə oyununa yola düşəcək.

Qeyd edək ki, Şahin Diniyev və Şakir Qəribov Məşqçilər Komitəsinin üzvü kimi son səfərlərinə yollanacaqlar. İyulun 1-dən Ş.Diniyev Gəncənin "Kəpəz" klubunda baş məşqçi, Ş.Qəribov isə onun köməkçisi qismində çalışacaq.

Son xəbərlər

Orphus sistemi