İspaniyalı məşqçi Vaqif Cavadovla birgə çalışdığı dövrdə "Volqa"dakı özbaşınalıqlardan danışıb

İspaniyalı məşqçi Vaqif Cavadovla birgə çalışdığı dövrdə "Volqa"dakı özbaşınalıqlardan danışıb "Agentlər rahatca paltardəyişmə otağına girir, öz oyunçularına təlimatlar verirdilər"
Futbol
27 Dekabr , 2018 12:50
İspaniyalı məşqçi Vaqif Cavadovla birgə çalışdığı dövrdə Volqadakı özbaşınalıqlardan danışıb

Bakı. 27 dekabr. REPORT.AZ/ İspaniyalı məşqçi Xulian Kalero Rusiyanın "Volqa" klubunda azərbaycanlı futbolçu Vaqif Cavadovla birgə çalışdığı dövrdən danışıb. 

"Report"un məlumatına görə, 48 yaşlı mütəxəssis "Sport24.ru"ya müsahibəsində rusiyalı futbolçuların peşəkar olmadıqlarını bildirib. Onun sözlərinə görə, həmin vaxt komandada yer almış yerli oyunçular pəhrizə diqqət yetirməyərək, spirtli içkilər qəbul ediblər". 

Kaleronun sözlərinə görə "Volqa"da rejimə əməl etməyən gürcü futbolçularla da problemlər yaşanıb. İspaniyalı məşqçi pulun oyunçuları komandada saxlayan yeganə stimul olduğunu bildirib: "Volqa"da çoxlu korrupsiya halları var idi. Agentlər tədricən klubda hakimiyyəti ələ alırdılar. Onlar rahatca paltardəyişmə otağına girir, öz oyunçularına təlimatlar verirdilər. İspaniyada bunu təsəvvür etmək belə mümkün deyil. Bir dəfə oyunun fasiləsində paltardəyişmə otağına girərkən, agentləri gördüm. "Onlar getməsə, mən gedəyəcəm" dedim. Kluba təzyiqlər böyük idi". 

Qeyd edək ki, Xulian Kalero "Volqa"da 2011-ci ilin mayından iyulunadək çalışıb. Kalero Rusiyada keçirilmiş dünya çempionatında İspaniya millisinin sabiq baş məşqçisi Fernando Yerronun köməkçisi olub. Vaqif Cavadov isə Nijni-Novqorod komandasında 2011-ci ilin iyulundan 2012-ci ilin yanvarınadək çıxış edib. 

Son xəbərlər

Orphus sistemi