Məşhur stadion sökülə bilər

Məşhur stadion sökülə bilər Bakı. 5 mart. REPORT.AZ/ İtaliyanın “Milan” və “İnter” komandalarının ev oyunlarını keçirdikləri “San Siro” stadionu sökülə bilər.
Futbol
5 Mart , 2019 11:00
Məşhur stadion sökülə bilər

Bakı. 5 mart. REPORT.AZ/ İtaliyanın “Milan” və “İnter” komandalarının ev oyunlarını keçirdikləri “San Siro” stadionu sökülə bilər.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, “Milan” klubu sözügenən arenanın yerində yeni stadionun inşası üçün şəhər rəhbərliyinin razılığını alıb. Lakin “San Siro”nun sökülməsindən ötrü “İnter”in də layihəyə “yaşıl işıq” yandırması lazımdır.

Yeni 60 min nəfərlik stadionun 2023-cü ilə qədər hazır olması planlaşdırılır. Arenanın 600 milyon avroya başa gələcəyi bildirlilir.

Qeyd edək ki, 19 sentyabr 1926-cı ildə inşa edilmiş “San Siro” stadionu 80 min tamaşaçı tutumuna malikdir. 1979-cu ildə arenaya ikiqat dünya çempionu Cüzeppe Meatsanın adı verilsə də, idman qurğusu tarixi adı ilə tanınır. Burada 1934 və 1990-cı ilə dünya çempionatlarının, eləcə də 1965 və 1970-ci il Avropa Çempionlar Kubokunun, 2001 və 2016-cı il Çempionlar Liqasının final oyunları keçirilib.

Son xəbərlər

Orphus sistemi