Məşhur şərhçi Ramil Şeydayevi yetişdirən klubu "istedadlar qəbiristanlığı" adlandırıb

Məşhur şərhçi Ramil Şeydayevi yetişdirən klubu "istedadlar qəbiristanlığı" adlandırıb Bakı. 19 may. REPORT.AZ/ Məşhur rusiyalı futbol şərhçisi Vasili Utkin Zenit klubunu istedadlar qəbiristanlığı adlandırıb.
Futbol
19 May , 2018 12:14
Məşhur şərhçi Ramil Şeydayevi yetişdirən klubu istedadlar qəbiristanlığı adlandırıb

Bakı. 19 may. REPORT.AZ/ Məşhur rusiyalı futbol şərhçisi Vasili Utkin "Zenit" klubunu "istedadlar qəbiristanlığı" adlandırıb.

"Report"un məlumatına görə, Utkin bu ifadəni Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Aleksandr Taşayevin Moskva "Dinamo"sundan Sankt-Peterburq təmsilçisinə mümkün keçidinə münasibət bildirərkən dilə gətirib. O deyib ki, Taşayev başqa kluba keçməlidir: "Başa düşmək lazımdır ki, Saşa onu istəyən məşqçinin yanına getməlidir. İstedadlar qəbiristanlığı olan "Zenit"ə yox".

Qeyd edək ki, hazırda "Qarabağ"da çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev məhz "Zenit"in yetirməsidir. 22 yaşlı hücumçu Sankt-Peterburq komandasının əsas heyətinə heç vaxt cəlb olunmayıb. Nəticədə o, 2016-cı ilin iyulunda Azərbaycan vətəndaşlığını qəbul edərək Türkiyə "Trabzonspor"u ilə 4 illik müqavilə bağlayıb. Şeydayev 2017-ci ilin fevralında "Zenit"ə, sentyabrın 1-də isə "Qarabağ"a icarəyə verilib.

Son xəbərlər

Orphus sistemi