"Hard Rock Cafe" restoranlar şəbəkəsi menyuya Argentina millisi və Fransa PSJ-sinin futbolçusu Lionel Messinin adını daşıyan burger əlavə edib.
"Report" xəbər verir ki, mal əti, pendir, kolbasa, qırmızı soğan və xüsusi sousdan hazırlanan "fast-food" qızardılmış çörəkdə müştərilərə təqdim olunur.
Şirkət rəhbərliyi yeni burgerlərin böyük marağa səbəb olduğunu və yaxşı satıldığını bildirib.
Qeyd edək ki, Lionel Messi ötən ilin avqustunda İspaniya "Barselona"sından PSJ-yə transfer olunub.