Məşhur nəşr "Qarabağ" klubundan yazdı

Məşhur nəşr "Qarabağ" klubundan yazdı Niderlandın məşhur "De Volkskrant" nəşri "Qarabağ" haqqında reportaj hazırlayıb.
Futbol
300
6 Yanvar , 2021 12:26
Məşhur nəşr Qarabağ klubundan yazdı

Niderlandın məşhur "De Volkskrant" nəşri "Qarabağ" haqqında reportaj hazırlayıb.

"Report" xəbər verir ki, yazıda komandanın təmsil etdiyi Ağdamın düşməndən azad edilməsi, "İmarət" stadionunun tamamilə dağıdılması, klubun doğma şəhərindən uzaqda olmasına baxmayaraq uğurlu çıxışı qeydə alınıb.

Eyni zamanda klubun bazasında olan qəzetin əməkdaşı baş məşqçi Qurban Qurbanovdan komandanın uğurlu çıxışı haqqında fikirlərini, Ağdamın işğaldan azad edilməsi və məşqçi Müşfiq Hüseynovdan yenidən "İmarət"də olması barədə duyğularını öyrənib.

"Qarabağ" yazıda "Qafqazın "Barselona"sı" kimi təqdim edilib.

Son xəbərlər

Orphus sistemi