Məşhur mütəxəssis "Spartak"ın baş məşqçisi ola bilər

Məşhur mütəxəssis "Spartak"ın baş məşqçisi ola bilər İngiltərə "Liverpul"unun sabiq baş məşqçisi Rafael Benites Domeniko Tedesko ilə yollarını ayırmağa hazırlaşan Rusiyanın "Spartak" (Moskva) komandasının sükanı arxasına keçə bilər.
Futbol
569
26 Dekabr , 2020 01:37
Məşhur mütəxəssis Spartakın baş məşqçisi ola bilər
Rafael Benites

İngiltərə "Liverpul"unun sabiq baş məşqçisi Rafael Benites Domeniko Tedesko ilə yollarını ayırmağa hazırlaşan Rusiyanın "Spartak" (Moskva) komandasının sükanı arxasına keçə bilər.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Nikolo Skira tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, Moskva təmsilçisi ispaniyalı mütəxəssislə yanaşı, "Monako"ya rəhbərlik edən Leonardu Jardimin də namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, Rafael Benites hazırda Çinin "Dalyan Lifan" komandasının baş məşqçisidir. O, daha əvvəl "Liverpul"dan başqa, İspaniyanın "Real Madrid" və İngiltərənin "Çelsi" klublarına da rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi