Məşhur müğənni futbol üzrə Azərbaycan Kubokunun finalında oxuyacaq - VİDEO

Məşhur müğənni futbol üzrə Azərbaycan Kubokunun finalında oxuyacaq - VİDEO Seeya videomüraciət ünvanlayıb
Futbol
7 May , 2018 14:16
Məşhur müğənni futbol üzrə Azərbaycan Kubokunun finalında oxuyacaq - VİDEO

Bakı. 7 may. REPORT.AZ/ Mayın 28-də keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun finalına əcnəbi müğənni dəvət olunub.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, “Qəbələ” və “Keşlə” komandaları arasında baş tutacaq görüşdən öncə Rumıniyanın məhşur müğənnisi Seeya çıxış edəcək.

O, futbolsevərlərə ünvanladığı müraciətində hər kəsi oyunun baş tutacağı Qəbələ şəhər stadionuna səsləyib: “Salam, Azərbaycan. Mən Seeya Respublika Günündə sizinləyəm. Sizcə, qalib hansı komanda olacaq: “Keşlə”, yoxsa “Qəbələ”? Sizi Qəbələ şəhər stadionunda gözləyəcəyəm. Hansı komandanın qalib olacağını birlikdə izləyək. Beləliklə, mayın 28-də saat 19:00-da sizi gözləyirəm”.

Qeyd edək ki, Seeya “Chocolata” mahınısı ilə məhşurlaşıb.

Son xəbərlər

Orphus sistemi