Məşhur klubun prezidentində koronavirus aşkarlandı

Məşhur klubun prezidentində koronavirus aşkarlandı İsveçrənin "Sürix" futbol klubunun prezidenti Ançillo Kanepa koronavirusa yoluxub.
Futbol
13 İyul , 2020 11:11
Məşhur klubun prezidentində koronavirus aşkarlandı
Ançillo Kanepa

İsveçrənin "Sürix" futbol klubunun prezidenti Ançillo Kanepa koronavirusa yoluxub. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, funksioner hazırda özünü yaxşı hiss edir və onda xsətəliyin heç bir əlaməti yoxdur.

Kanepa "Ksamaks"la 1:1 heç-heçə etdikləri çempionat matçı üçün komanda ilə birlikdə avtobusla Nevşatelə getdiyini söyləyib. O, bu səbəbdən test verdiyini və nəticənin müsbət olduğunu vurğulayıb. 

Qeyd edək ki, daha öncə "Sürix"in futbolçusu Mirlind Krieziuda koronavirus aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi