Məşhur kluba texniki məğlubiyyət verildi

Məşhur kluba texniki məğlubiyyət verildi İtaliya Futbol Federasiyası "Roma"nı cəzalandırıb.
Futbol
22 Sentyabr , 2020 19:01
Məşhur kluba texniki məğlubiyyət verildi

İtaliya Futbol Federasiyası "Roma"nı cəzalandırıb.

"Report" A Seriyasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinə texniki məğlubiyyət verilib.

Buna I turun "Verona" ilə oyununun (0:0) iştirak ərizəsinə yarımmüdafiəçi Amadu Diavaranın yanlış daxil edilməsidir. "Canavarlar" iyulun 17-də 23 yaşı tamamlanmış Diavaranı yaşı 22-dək olan oyunçu kimi sifariş edib. 

Qeyd edək ki, "Roma" növbəti turda "Yuventus"la, "Verona" isə "Udineze" ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 27-də keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi