Məşhur karikaturaçı Türkiyənin Bakıda keçirəcəyi oyunlarla bağlı rəsm çəkdi

Məşhur karikaturaçı Türkiyənin Bakıda keçirəcəyi oyunlarla bağlı rəsm çəkdi Məşhur karikaturaçı Omar Momani Türkiyə millisinin AVRO-2020-nin A qrupunda Bakıda keçirəcəyi oyunlarla bağlı rəsm çəkib.
Futbol
1102
8 İyun , 2021 22:53
Məşhur karikaturaçı Türkiyənin Bakıda keçirəcəyi oyunlarla bağlı rəsm çəkdi

Məşhur karikaturaçı Omar Momani Türkiyə millisinin AVRO-2020-nin A qrupunda Bakıda keçirəcəyi oyunlarla bağlı rəsm çəkib.

"Report"un məlumatına görə, rəssam Xəzər dənizinin sahilində yerləşən Qız qalasını və Alov qüllələrini təsvir edib.

Rəsmin üzərində isə bu sözlər yazılıb: "Görəsən, qardaşlar Türkiyə millisinə özlərini evdəki kimi hiss etdirə biləcək"?

Qeyd edək ki, "ay-ulduzlular" Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. Türkiyə millisi daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

Son xəbərlər

Orphus sistemi