Məşhur hollandiyalı futbolçunun milli komanda ilə vidalaşacağı tarix açıqlanıb

Məşhur hollandiyalı futbolçunun milli komanda ilə vidalaşacağı tarix açıqlanıb Bakı. 23 aprel. REPORT.AZ/ Hollandiya Futbol Federasiyası Uesli Sneyderin son dəfə milli komandada çıxış edəcəyi tarixi açıqlayıb.
Futbol
23 Aprel , 2018 20:08
Məşhur hollandiyalı futbolçunun milli komanda ilə vidalaşacağı tarix açıqlanıb

Bakı. 23 aprel. REPORT.AZ/ Hollandiya Futbol Federasiyası Uesli Sneyderin son dəfə milli komandada çıxış edəcəyi tarixi açıqlayıb.

"Report"un məlumatına görə, 34 yaşlı futbolçu sentyabrın 6-da Peru ilə yoldaşlıq matçında yığmada son oyununu keçirəcək.

Hazırda Qətərin Əl-Qarafa klubunda çıxış edən yarımmüdafiəçi 2003-cü ildən Hollandiya milli komandasında çıxış edir. O həmçinin yığmada ən çox oyun keçirən futbolçudur. 

Qeyd edək ki, Sneyder milli komandanın heyətində 133 oyunda meydanda olub və 31 qola imza atıb. 

Son xəbərlər

Orphus sistemi