"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhəəsindəki rəqibi olan Fransa "Marsel"i heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərə "Arsenal"ından çıxış edən Pyer-Emerik Obameyanqla maraqlanır.
Yalnız 33 yaşlı qaponlu hücumçunun çox maaş istəməsi kluba problem yarada bilər.
Bundan əlavə, "Marsel" hazırda Meksikanın "Tiqres" klubunda çıxış edən 37 yaşlı sabiq futbolçusu Andre-Pyer Jinyakın da dönüşünü nəzərdən keçirir.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.