Məşhur futbolçu məşqçiliyə başlayıb

Məşhur futbolçu məşqçiliyə başlayıb Bakı. 11 oktyabr. REPORT.AZ/ İngiltərə yığması və Çelsi klubunun sabiq futbolçusu Con Terri “Aston Villa” komandasına köməkçi-məşqçi təyin olunub.
Futbol
11 Oktyabr , 2018 10:50
Məşhur futbolçu məşqçiliyə başlayıb
0 : 00
0 : 00

Bakı. 11 oktyabr. REPORT.AZ/ İngiltərə yığması və "Çelsi" klubunun sabiq futbolçusu Con Terri “Aston Villa” komandasına köməkçi-məşqçi təyin olunub.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı veteran müdafiəçi bundan belə komandaya yeni baş məşqçi təyin olunan Din Smitin köməkçisi vəzifəsində çalışacaq.

Qeyd edək ki, bir neçə gün öncə peşəkar futbolçu karyerasın sonlandıran sabiq müdafiəçi ötən mövsüm “Aston Villa”nın heyətində 36 oyunda iştirak edib və 1 qol vurub.

İngiltərə Çempionşipində çıxış edən “Aston Villa” hazırda 15 xalla 15-ci pillədə qərarlaşıb.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi