Məşhur futbolçu “Keşlə”dən alınan oyunçunu tərifləyib

Məşhur futbolçu “Keşlə”dən alınan oyunçunu tərifləyib Bakı. 8 avqust. REPORT.AZ/ Rumıniya millisinin sabiq sabiq futbolçusu Adrian Mutu “Keşlədən Rumıniyanın “Universitatya” klubuna transfer olunan Sezar Meza Kolli barədə fikirlərini bölüşüb.
Futbol
8 Avqust , 2018 12:39
Məşhur futbolçu “Keşlə”dən alınan oyunçunu tərifləyib

Bakı. 8 avqust. REPORT.AZ/ Rumıniya millisinin sabiq sabiq futbolçusu Adrian Mutu “Keşlə"dən Rumıniyanın “Universitatya” klubuna transfer olunan Sezar Meza Kolli barədə fikirlərini bölüşüb.

"Report" "Digi Sport"a istinadən xəbər verir ki, hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” klubunun ikinci komandasının baş məşqçisi olan veteran futbolçu paraqvaylı yarımmüdafiəçinin yaxşı oyunçu olduğunu vurğulayıb: "O, böyük keyfiyyətlərə malikdir. Sol ayağı ilə oynayan yaxşı oyunçudur. Möhtəşəm bir insandır. “Universitatya” klubu çox yaxşı və vacib alış həyata keçirdi. Hesab edirəm ki, Sezar komandaya əlavə üstünlük verəcək. Onu yaxından tanıyıram".

Təqdimetmə mərasimində danışan Meza Kolli “Universitatya”an təklif aldıqdan sonra İtaliyanın “Çezena” komandasında birgə çıxış etdiyi Mutu ilə də məsləhətləşdiyini deyib: "Komanda mənimlə maraqlananda "Keşlə"də komanda yoldaşım olan Adrian Skarlatake və Adrian Mutudan bu klub barədə məlumat aldım. Onlar mənə çox yaxşı sözlər dedilər".

Qeyd edək ki, Mutu “Çelsi”, “Fiorentina”, “İnter” və “Yuventus” kimi tanınmış klubların formasını geyinib. “Universitatya”nın “Keşlə” ilə 1 illik müqaviləsi olan paraqvaylı futbolçu üçün hansı məbləği ödədiyi açıqlanmır.

Son xəbərlər

Orphus sistemi