Məşhur futbolçu Bakıdan "Çelsi" azarkeşlərinə çağırış edib - VİDEO

Məşhur futbolçu Bakıdan "Çelsi" azarkeşlərinə çağırış edib - VİDEO Portuqaliya millisinin sabiq futbolçusu Deku Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı vaxtilə formasını geyindiyi İngiltərənin “Çelsi” komandasının azarkeşlərinə çağırış edib.
Futbol
20 May , 2019 17:40
Məşhur futbolçu Bakıdan Çelsi azarkeşlərinə çağırış edib - VİDEO

Portuqaliya millisinin sabiq futbolçusu Deku Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı vaxtilə formasını geyindiyi İngiltərənin “Çelsi” komandasının azarkeşlərinə çağırış edib.

“Report” xəbər verir ki, Bakıda səfərdə olan 42 yaşlı veteran yarımmüdafiəçi “Instagram” hesabı vasitəsi ilə fanatlara səslənib: “Salam, “Çelsi” azarkeşləri! Bakıdakı səhər yeməyimi bitirdim. Sizin hamınızı Bakıdakı böyük finalda görəcəyimi ümid edirəm. Əlbəttə ki, “Çelsi”nin qalib gəlməyini istəyirəm”.

Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda digər London təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.

Qeyd edək ki, Braziliya əsilli veteran oyunçu 2008 – 2010-cu illərdə “Çelsi”də çıxış edib. O, Portuqaliyanın “Portu” və İspaniyanın “Barselona” komandasının üzvü olub. 

View this post on Instagram

Waiting for the Chelsea fans in Baku! #TogetherToBaku

A post shared by Deco (@deco_official) on

Son xəbərlər

Orphus sistemi