Məşhur futbolçu Argentina komandasının baş məşqçisi olacaq

Məşhur futbolçu Argentina komandasının baş məşqçisi olacaq Bakı. 15 dekabr. REPORT.AZ/ Argentina millisinin sabiq futbolçusu Ernan Krespo vətənində “Banfild”in baş məşqçisi olacaq.
Futbol
15 Dekabr , 2018 16:14
Məşhur futbolçu Argentina komandasının baş məşqçisi olacaq

Bakı. 15 dekabr. REPORT.AZ/ Argentina millisinin sabiq futbolçusu Ernan Krespo vətənində “Banfild”in baş məşqçisi olacaq.

“Report” xəbər verir ki, bu barədə klubun prezidenti Oksar Tuker “Twitter” vasitəsilə bildirib. 

O, 43 yaşlı mütəxəssislə razılıq əldə olunduğunu vurğulayıb. Argentinanın yüksək dəstəsində çıxış edən “Banfild” 15 turdan sonra 21 xalla 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, Krespo futbolçu karyerası ərzində vətənində “River Pleyt”, İtaliyada “Parma”, “Latsio”, “Milan”, “İnter”, “Cenoa” və İngiltərənin “Çelsi” komandalarının formasını geyinib. O, indiyədək “Parma”nın gənclər və “Modena”nın əsas komandasına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi