Məşhur futbolçu ABŞ klubundan qovulub

Məşhur futbolçu ABŞ klubundan qovulub ABŞ-ın "Tsintsinnati" futbol klubunun baş məşqçisi Yap Stam istefaya göndərilib.
Futbol
27 Sentyabr , 2021 20:37
Məşhur futbolçu ABŞ klubundan qovulub
Yap Stam

ABŞ-ın "Tsintsinnati" futbol klubunun baş məşqçisi Yap Stam istefaya göndərilib.

"Report" MLS təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssisin qovulmasına uğursuz nəticələr səbəb olub.

Şərq konfransında mübarizə aparan və son 7 oyunun 6-da uduzan komanda hazırda 20 xalla 14 klub arasında 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəsinin PSV, "Ayaks", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Milan" və "Latsio" komandalarında çıxış etmiş Yap 2020-ci ilin mayında "Tsintsinnati" klubuna baş məşqçi təyin olunmuşdu.

Son xəbərlər

Orphus sistemi