Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi İngiltərə millisinin sabiq futbolçusu Co Koul peşəkar karyerasını bərpa edib
Futbol
339
13 Aprel , 2021 20:31
Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

İngiltərə millisinin sabiq futbolçusu Co Koul peşəkar karyerasını bərpa edib.

"Report" xəbər verir ki, bu barədə veteran yarımmüdafiəçi özünün instaqram səhifəsində məlumat paylaşıb.

O, hazırda ölkəsinin səviyyəcə XI divizionunda çıxış edən "Belston" klubu ilə anlaşdığını yazıb. 40 yaşlı futbolçu yeni komandasında "Herfild Yunayted"ə 2:1 hesabı ilə qalib gəldikləri matçda debüt edb.

Futbola qayıdışı ilə bağlı təəssüratlarını bölüşən Koul yenidən meydana çıxmaq üçün səbirsizləndiyini vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildə peşəkar karyerasını başa vuran Co Koul İngiltərənin "Çelsi" və "Liverpul" kimi komandalarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi