DÇ-1994-ün finalını idarə etmiş məşhur futbol hakimi vəfat etdi

DÇ-1994-ün finalını idarə etmiş məşhur futbol hakimi vəfat etdi Bu barədə Macarıstan Futbol Federasiyası məlumat yayıb
Futbol
192
20 May , 2021 14:19
DÇ-1994-ün finalını idarə etmiş məşhur futbol hakimi vəfat etdi

Futbol üzrə Braziliya və İtaliya milli komandaları arasındakı 1994-cü il dünya çempionatının final oyununu idarə etmiş baş hakim Şandor Pul vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyası məlumat yayıb. Referinin 66 yaşında dünyasını dəyişdiyi bildirilib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Braziliya - İtaliya matçının əsas və əlavə vaxtı qolsuz başa çatıb. "Sambaçılar" rəqibini penaltilər seriyasında 3:2 hesabı ilə üstələyib.

Şandor Pul Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) seçiminə əsasən ardıcıl üç dəfə ilin hakimi seçilib. O, Macarıstan Futbol Federasiyası Hakimlər Komitəsinin sədr müavini vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi