Tanınmış baş məşqçi Avropa Liqasının oyununa gedə bilmədi

Tanınmış baş məşqçi Avropa Liqasının oyununa gedə bilmədi İtaliyalı baş məşqçi çərşənbə axşamı həkimə müraciət edib, lakin bu gün də onun simptomları dəyişməz qalıb
Futbol
4 Noyabr , 2020 15:48
Tanınmış baş məşqçi Avropa Liqasının oyununa gedə bilmədi
Massimo Karrera
0 : 00
0 : 00

Yunanıstan AEK-nın baş məşqçisi Massimo Karrera Avropa Liqasının qrup mərhələsinin III turunda "Zarya" ilə matç üçün komandası ilə birlikdə Ukraynaya gedə bilməyib.

"Report" "Onsports" nəşrinə istinadən xəbər verir ki, səbəb 46 yaşlı mütəxəssisin hərarətinin yüksəlməsidir.

İtaliyalı baş məşqçi çərşənbə axşamı həkimə müraciət edib, lakin bu gün də onun simptomları dəyişməz qalıb.

Qeyd edək ki, "Zarya" - AEK matçı noyabrın 5-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi