Bakı. 11 noyabr. REPORT.AZ/ Mərakəş yığma komandası ölkənin "Ebola" virusunun yayılmasından ehtiyatlanaraq qitə turnirini keçirməkdən imtina etməsi səbəbindən futbol üzrə Afrika Millətlər Kubokunda iştirakdan kənarlaşdırılıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Afrika Futbol Konfederasiyasının məlumatına görə, turnir əvvəl açıqlanan tarixlərdə (2015-ci ilin 17 yanvar– 8 fevral tarixlərində) baş tutacaq, lakin başqa ölkədə keçiriləcək.
Britaniya mətbuatı hesab edir ki, Əlcəzair, Anqola, Misir və Nigeriya turniri daha çox keçirtmək şansına malikdir.