Meksikada “Çivas” və “Lobos”un gənclərdən ibarət komandaları arasındakı görüşdə kuryoz qol vurulub.
“Report” xəbər verir ki, penalti seriyasında ilk zərbəni vurmaq üçün topa “Çivas”ın futbolçusu yaxınlaşıb.
Onun zərbəsindən sonra qapı tirinə tuş gələn top hündürə qalxıb. Bu zaman qapıçı topun kənara çıxacağını düşünüb. Lakin sonradan top yerə dəyərək tora daxil olub.