Meksikada oyun zamanı silahlı hücum: 2 nəfər ölüb

Meksikada oyun zamanı silahlı hücum: 2 nəfər ölüb Daha bir zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir
Futbol
30 Oktyabr , 2017 09:36
Meksikada oyun zamanı silahlı hücum: 2 nəfər ölüb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Meksikanın Gerrero ştatının Çilpansinqo şəhərində həvəskar komandalar arasındakı oyun zamanı naməlum şəxslər azarkeşlərə atəş açıblar. 

"Report"un "MVC Noticias"a istinadən verdiyi məlumata görə, hücum edənlər 4 nəfər olub.

Hadisə nəticəsində yaralanan 3 nəfərdən 2-si sonradan dünyasını dəyişib. Üçüncü zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir. İnsidentin səbəbi və şübhəli şəxslər açıqlanmır.

Qeyd edək ki, Meksika hökuməti Gerreronu bu il ölkənin ən təhlükəli regionu adlandırıb. Yanvar - sentyabrda bu ştatda 1720 qətl hadisəsi baş verib. 

Son xəbərlər

Orphus sistemi