FIFA-nın sorğusunda Məhəmməd Salahın səslərinin qeydə alınmamasının səbəbi bəlli olub

FIFA-nın sorğusunda Məhəmməd Salahın səslərinin qeydə alınmamasının səbəbi bəlli olub FIFA İngiltərə Liverpulunun və Misir millisinin futbolçusu Məhəmməd Salahın ilin ən yaxşı futbolçusu nominasiyasındakı səslərinin nəzərə alınmamasını izah edib.
Futbol
26 Sentyabr , 2019 16:36
FIFA-nın sorğusunda Məhəmməd Salahın səslərinin qeydə alınmamasının səbəbi bəlli olub

FIFA İngiltərə "Liverpul"unun və Misir millisinin futbolçusu Məhəmməd Salahın ilin ən yaxşı futbolçusu nominasiyasındakı səslərinin nəzərə alınmamasını izah edib.

"Report" AP-yə istinadən xəbər verir ki, ali futbol qurumu Misir tərəfinin şikayətinə münasibət bildirib. 

"İmzalar böyük hərflərlə yazılıb, bu səbəbdən etibarsız sayılıb. Digər tərəfdən, vərəqələrdə federasiyanın baş katibinin imzası yox idi", - FIFA-dan bildirilib. 

Bundan əlavə, FIFA Misir Futbol Federasiyasından səslərin təsdiqlənməsini istədiklərini və düzgün doldurulmuş formaların avqustun 19-dək təqdim oluna biləcəyini iki dəfə xatırlatdığını vurğulayıb.

Qeyd edək ki, Lionel Messi ilin ən yaxşı futbolçusu nominasiyasında Vircil van DeykKriştianu Ronaldunu qabaqlayıb.

Daha öncə Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç və Nikaraqua yığmasının kapitanı Xuan Barrera Messiyə səs vermədiklərini deyiblər.

Son xəbərlər

Orphus sistemi