Məhəmməd Salaha torpaq sahəsi hədiyyə edilib

Məhəmməd Salaha torpaq sahəsi hədiyyə edilib Bakı. 24 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hökuməti İngiltərənin Liverpul klubunun ulduz futbolçusu Məhəmməd Salaha Məkkə şəhərində torpaq sahəsi hədiyyə edib.
Futbol
117
24 Aprel , 2018 18:17
Məhəmməd Salaha torpaq sahəsi hədiyyə edilib

Bakı. 24 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hökuməti İngiltərənin "Liverpul" klubunun ulduz futbolçusu Məhəmməd Salaha Məkkə şəhərində torpaq sahəsi hədiyyə edib.

"Report"un məlumatına görə, bu barədə Məkkə şəhərinin bələdiyyə şurasının rəhərinin müavini Fəht Ər-Rouki "Əl Vətən" qəzetinə açıqlamasında məlumat verib. 

Onun sözlərinə görə, Krallığın hakimiyyəti Salaha İngiltərə çempionatında göstərdiyi yaxşı oyuna və rekord göstəricilərə görə torpaq sahəsi ayırmaq qərarına gəlib.

Ər-Rouki həmçinin misirli futbolçunun ərəb və Səudiyyə gənclərinə müsbət təsiri olacağını, eləcə də oyunçunun Böyük Britaniyadakı bütün müsəlmanların səfiri olduğunu qeyd edib. 

Son xəbərlər

Orphus sistemi