Məhəmməd Salah olimpiadada iştirak etməyəcək

Məhəmməd Salah olimpiadada iştirak etməyəcək İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salahın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyi dəqiqləşib.
Futbol
3 İyul , 2021 09:41
Məhəmməd Salah olimpiadada iştirak etməyəcək
Məhəmməd Salah

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salahın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyi dəqiqləşib.

"Report" Misir Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Misirin olimpiada yığmasının baş məşqçisi Şoki Qarib 29 yaşlı yarımmüdafiəçinin adını 22 nəfərlik siyahıya daxil etməyib.

Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçiriləcək. Misir millisi qrup mərhələsində İspaniya, Avstraliya və Argentina ilə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi