Məhəmməd Salah PSJ-yə keçə bilər

Məhəmməd Salah PSJ-yə keçə bilər İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah karyerasını Fransada davam etdirə bilər.
Futbol
180
2 May , 2022 17:26
Məhəmməd Salah PSJ-yə keçə bilər

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah karyerasını Fransada davam etdirə bilər.

"Report" "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu PSJ-yə keçməkdə maraqlıdır.

Misirli forvard hələlik 2023-cü ildə başa çatacaq müqaviləsinin uzadılmasına razılıq verməyib. Mersisayd təmsilçisi bu səbəbdən yayda Salahə sata bilər. "Liverpul" təcrübəli oyunçunun klubu azad agent kimi tərk etməsini istəmir.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Hücumçu cari mövsüm Premyer Liqada 22 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi