Məhəmməd Salah milli komandanın kapitanı oldu

Məhəmməd Salah milli komandanın kapitanı oldu İngiltərə "Liverpul"unun misirli futbolçusu Məhəmməd Salah milli komandanın kapitanı seçilib.
Futbol
156
19 Aprel , 2021 20:42
Məhəmməd Salah milli komandanın kapitanı oldu
Məhəmməd Salah

İngiltərə "Liverpul"unun misirli futbolçusu Məhəmməd Salah milli komandanın kapitanı seçilib.

"Report"un məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Hossam Əl-Bədri "Arab News"a açıqlamasında deyib.

Mütəxəssis təcrübəli oyunçuların da bu qərarı dəstəklədiyini bildirib.

Daha əvvəl millidə kapitan sarğısını ən yaşlı futbolçu daşıyırdı. Komandanın sabitliyə ehtiyacı olduğunu söyləyən Əl-Bədri bu vəzifəni liderlik keyfiyyətləri olan aparıcı oyunçuya həvalə etdiklərini söyləyib.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən Məhəmməd Salahın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi