Məhəmməd Salah "Liverpul" tarixinin ən çox qazanan futbolçusu ola bilər

Məhəmməd Salah "Liverpul" tarixinin ən çox qazanan futbolçusu ola bilər İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahla müqaviləni uzatmaq üçün danışıqları davam etdirir.
Futbol
352
20 Avqust , 2021 10:44
Məhəmməd Salah Liverpul tarixinin ən çox qazanan futbolçusu ola bilər
Məhəmməd Salah

İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahla müqaviləni uzatmaq üçün danışıqları davam etdirir.

"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Mersisayd təmsilçisinin tarixində ən çox maaş alan oyunçu ola bilər.

Hazırda misirli forvardın həftəlik məvacibi 233 min avrodur. Tərəflər sözləşməni 2025-ci ilədək artırmağı nəzərdən keçirir. Salahın müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildə İtaliyanın "Roma" klubundan 42 milyon avroya transfer olunub. O, ötən mövsüm Premyer Liqada 37 matçda iştirak edib, 22 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi