Məhəmməd Salah künc zərbəsindən birbaşa qol vurub - VİDEO

Məhəmməd Salah künc zərbəsindən birbaşa qol vurub - VİDEO Bakı. 13 oktyabr. REPORT.AZ/ Liverpulun və Misir yığmasının futbolçusu Məhəmməd Salah növbəti dəfə qeyri-adi bacarığı ilə futbol azarkeşlərinin diqqətini cəlb edib.
Futbol
13 Oktyabr , 2018 06:28
Məhəmməd Salah künc zərbəsindən birbaşa qol vurub - VİDEO

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Liverpul"un və Misir yığmasının futbolçusu Məhəmməd Salah növbəti dəfə qeyri-adi bacarığı ilə futbol azarkeşlərinin diqqətini cəlb edib.

"Report" xəbər verir ki, futbolçu Misir yığmasının Svazilend komandasına qarşı oyununda özünün daha bir məharəti ilə seçilib.

Belə ki, matçın 45-ci dəqiqəsində hücumçu künc zərbəsindən topu rəqib komandanın qapısından keçirib. Qarşılaşma Misir yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Məhəmməd Salahın adı "Qızıl top"a namizəd olan futbolçuların siyahısındadır.

Son xəbərlər

Orphus sistemi