Məhəmməd Salah israilli futbolçunun "Liverpul"a keçidinə qarşı çıxıb

Məhəmməd Salah israilli futbolçunun "Liverpul"a keçidinə qarşı çıxıb Bakı. 26 dekabr. REPORT.AZ/ İngiltərə Liverpulunun futbolçusu Məhəmməd Salah israilli Munas Dabburun komandanın heyətinə cəlb olunmasına qarşı çıxıb.
Futbol
101
26 Dekabr , 2018 17:05
Məhəmməd Salah israilli futbolçunun Liverpula keçidinə qarşı çıxıb
0 : 00
0 : 00

Bakı. 26 dekabr. REPORT.AZ/ İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah israilli Munas Dabburun komandanın heyətinə cəlb olunmasına qarşı çıxıb.

"Report" "Jerusalem Post"a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Avstriya "Zaltsburq"unda çıxış edən Dabburla transfer danışıqları aparan "Liverpul"u klubdan ayrılacağı ilə bağlı təhdid edib.

Misirli oyunçunun bu iradına onun dostları təpki göstərib. Onlar ulduz futbolçuya "Sən peşəkar oyunçusan, vəzifən futbol oynamaqdır. Komandanın kimi transfer edib-etməyəcəyi sənin işin deyil" deyiblər.

Qeyd edək ki, Məhəmməd Salah İsveçrə "Bazel"ində çıxış edərkən "Makkabi" (Tel-Əviv) komandası ilə oyunda israilli futbolçunun əlini sıxmaqdan imtina edib. 

Son xəbərlər

Orphus sistemi