Məhəmməd Salah doğma kəndinə minlərlə ton ərzaq bağışladı

Məhəmməd Salah doğma kəndinə minlərlə ton ərzaq bağışladı Koronavirusla mübarizədə fəal iştirak edən İngiltərənin Liverpul klubunun futbolçusu Məhəmməd Salah növbəti dəfə xeyirxah hərəkəti ilə gündəmə gəlib.
Futbol
1014
18 Aprel , 2020 21:04
Məhəmməd Salah doğma kəndinə minlərlə ton ərzaq bağışladı

Koronavirusla mübarizədə fəal iştirak edən İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah növbəti dəfə xeyirxah hərəkəti ilə gündəmə gəlib.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, misirli futbolçu Basyun şəhəri yaxınlığında yerləşən doğma Naqriq kəndinin sakinlərinə minlərlə ton ərzaq bağışlayıb.

28 yaşlı oyunçunun atası bildirib ki, oğlunun təşəbbüsü ilə kənddə dezinfeksiya işləri aparılıb, insanlara maska paylanılıb.

Qeyd edək ki, son məlumata əsasən, Misirdə koronavirusa 2 844 yoluxma halı aşkarlanıb ki, bunlardan 205 nəfəri dünyasını dəyişib, 646-sı isə sağalıb.

Son xəbərlər

Orphus sistemi