MDB Oyunları: Azərbaycanın futzal millisi yenə böyük hesabla uduzub

MDB Oyunları: Azərbaycanın futzal millisi yenə böyük hesabla uduzub Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB Oyunlarında növbəti matçını keçirib.
Futbol
9 Sentyabr , 2021 17:38
MDB Oyunları: Azərbaycanın futzal millisi yenə böyük hesabla uduzub

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB Oyunlarında növbəti matçını keçirib.

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, B qrupunda yer alan kollektiv ikinci sınağında Qırğızıstan seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 8:3 hesablı qələbəsi ilə başa çatıb.

Yığmanın heyətində Məhəmməd Abbasov 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.

Bu məğlubiyyətdən sonra qrupu sonuncu pillədə başa vuran Azərbaycan millisi sentyabrın 10-da 5-ci yer uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, yığma qrupdakı ilk görüşündə Belarusa 0:6 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi