Mbappenin PSJ-dəki taleyinə aydınlıq gəldi

Mbappenin PSJ-dəki taleyinə aydınlıq gəldi Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe 2022-ci ilin yayında başa çatacaq müqaviləsinin sonunadək komandadan ayrılmayacaq.
Futbol
15 Fevral , 2021 21:04
Mbappenin PSJ-dəki taleyinə aydınlıq gəldi

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe 2022-ci ilin yayında başa çatacaq müqaviləsinin sonunadək komandadan ayrılmayacaq.

"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Paris təmsilçisində qalmağa qərar verib.

Fransalı forvard artıq bu barədə klub rəhbərliyini də məlumatlandırıb və heç bir komanda ilə anlaşmadığını bildirib. Futbolçunun ailəsi də onun qərarını dəstəkləyib.

Qeyd edək ki, 2018-ci ildən PSJ-də çıxış edən Kilian Mbappe cari mövsümdə 28 oyun keçirib, 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi