Mbappe Neymarın ona ötürmə verməməsindən narazıdır

Mbappe Neymarın ona ötürmə verməməsindən narazıdır Fransa PSJ-sində Kilian Mbappe və Neymarın münasibətləri komandaya Lionel Messinin gəlişindən sonra kəskinləşib.
Futbol
26 Sentyabr , 2021 16:44
Mbappe Neymarın ona ötürmə verməməsindən narazıdır
Neymar və Mbappe

Fransa PSJ-sində Kilian Mbappe və Neymarın münasibətləri komandaya Lionel Messinin gəlişindən sonra kəskinləşib.

"Report"un "RMC Sport"a istinadən məlumatına görə, Mbappe Liqa 1-də VIII turun "Monpelye"ni 2:0 hesabı ilə yendikləri matçında braziliyalı hücumçunun davranışını bəyənməyib. Fransalı forvard 88-ci dəqiqədə əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında komanda yoldaşı İdrissa Geyeyə Neymardan şikayətlənib. Mbappe "sambaçı"nın Yulian Drakslerə ötürmə verməsindən sonra "O, mənə pas atmır" deyib.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Onun azad agent kimi İspaniya "Real Madrid"inə keçəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi