Mbappe İbrahimoviçi PSJ-də qol sayında üstələyib

Mbappe İbrahimoviçi PSJ-də qol sayında üstələyib Fransa milli komandasının futbolçusu Kilian Mbappe PSJ-nin heyətində vurduğu qol sayında hazırda İtaliya "Milan"ında çıxış edən Zlatan İbrahimovu keçib.
Futbol
154
30 Aprel , 2022 01:07
Mbappe İbrahimoviçi PSJ-də qol sayında üstələyib

Fransa milli komandasının futbolçusu Kilian Mbappe PSJ-nin heyətində vurduğu qol sayında hazırda İtaliya "Milan"ında çıxış edən Zlatan İbrahimovu keçib.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu Liqa 1-də "Strasburq"la səfərdə 3:3 hesablı heç-heçə etdikləri XXXV tur qarşılaşmasının 23-cü və 68-ci dəqiqələrində fərqlənib.

Bununla da Mbappe Paris komandasındakı qol sayını 115-ə çatdırıb. O, 113 qolu olan İbrahimoviçi keçərək, 4-cü yerə yüksəlib.

Belə bir göstəriciyə çatmaq üçün Mbappeyə 139, İbrahimoviçə 122 oyun lazım gəlib.

Qeyd edək ki, PSJ-də qol rekordçusu 138 dəfə fərqlənmiş uruqvaylı Edinson Kavanidir. Kilian Mbappe Paris komandasına 31 avqust 2017-ci ildə keçib. Zlatan İbrahimoviç isə bu kluba 17 iyul 2012-ci ildən 30 iyun 2016-cı ilədək məxsus olub.

Son xəbərlər

Orphus sistemi