Mbappe Çempionlar Liqasında "Atalanta"ya qarşı oynamayacaq

Mbappe Çempionlar Liqasında "Atalanta"ya qarşı oynamayacaq Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe 3 həftə müddətinə sıradan çıxıb.
Futbol
28 İyul , 2020 00:34
Mbappe Çempionlar Liqasında Atalantaya qarşı oynamayacaq

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe 3 həftə müddətinə sıradan çıxıb. 

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı hücumçunun sağ ayaq daban nahiyəsində çıxıq aşkarlanıb. O, avqustun 12-də İtaliya "Atalanta"sı ilə Çempionlar Liqasının 1/4 final oyununu buraxacaq. 

Qeyd edək ki, Kilian Mbappe Fransa Kubokunda PSJ-nin "Sent Etyen"i 1:0 hesabı ilə yendiyi final oyununun 26-cı dəqiqəsində zədələnib. 

Son xəbərlər

Orphus sistemi