Maykl Essyenin zərbəsinin sürəti bəlli oldu

Maykl Essyenin zərbəsinin sürəti bəlli oldu Qapıya zərbələri güclü olan ən yaxşı 20 afrikalı futbolçu müəyyənləşib.
Futbol
4 may 2020 14:11
Maykl Essyenin zərbəsinin sürəti bəlli oldu

Qapıya zərbələri güclü olan ən yaxşı 20 afrikalı futbolçu müəyyənləşib. 

"Report"un məlumatına görə, bu barədə "w24news" nəşri araşdırma aparıb. Siyahıda "Səbail"də çıxış edən Maykl Essyen də yer alıb. Onun zərbəsinin gücü 117 km/saat sürətlə hesablanıb. Qanalı yarımmüdafiəçi 20 oyunçu arasında 18-ci yeri tutub. 

İlk iki pillədə karyeralarını bitirən Toni Yeboa (154 km/saat) və Obafemi Martins (135 km/saat) qərarlaşıb. Üçüncü sırada isə Finlandiya "Rops"unda çıxış edən Taye Tayvo yer alıb. 

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir.

Son xəbərlər

Orphus sistemi