Mauro Lustrinelli: "Azərbaycan yığması bizə oynamaq imkanı vermədi"

Mauro Lustrinelli: "Azərbaycan yığması bizə oynamaq imkanı vermədi" "Rəqib bizə oynamaq imkanı vermirdi. Ancaq sona qədər özümüzə inandıq"
Futbol
13 Noyabr , 2020 12:55
Mauro Lustrinelli: Azərbaycan yığması bizə oynamaq imkanı vermədi
Mauro Lustrinelli

"Bu, mürəkkəb oyunda möhtəşəm qələbə idi".

"Report"un məlumatına görə, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət İsveçrə millisinin baş məşqçisi Mauro Lustrinelli evdə Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə mərhələ matçından sonra deyib.

44 yaşlı mütəxəssis geriyə düşdükləri oyundan sonra oynamağın asan olmadığını bildirib: "Rəqib bizə oynamaq imkanı vermirdi. Ancaq sona qədər özümüzə inandıq. Düşünürəm ki, bu nəticə axıradək qələbəyə inanan möhtəşəm komanda olduğumuz üçün meydana gəldi".

Lustrinelli Azərbaycan yığmasına qarşı ən yaxşı oyunlarını sərgiləyə bilmədiklərini söyləyib: "İradə, sona qədər hər şeyi vermək və oyunu qazanmaq əzmi inanılmazdır. Bunlara görə qələbə qazandıq".

Son xəbərlər

Orphus sistemi