Maurisio Sarri "Yuventus"un baş məşqçisi təyin olunub

Maurisio Sarri "Yuventus"un baş məşqçisi təyin olunub Yuventus öz rəsmi saytında Maurisio Sarrinin Turin klubunun baş məşqçi postuna təyin olunduğunu elan edib.
Futbol
16 İyun , 2019 19:09
Maurisio Sarri Yuventusun baş məşqçisi təyin olunub

"Yuventus" öz rəsmi saytında Maurisio Sarrinin Turin klubunun baş məşqçi postuna təyin olunduğunu elan edib.

"Report" xəbər verir ki, 60 yaşlı italiyalı mütəxəssislə müqavilə 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub.

Sarri bu postda Massimiliano Alleqrini əvəzləyib. Sonuncu "Yuventus"u 2014-2019-cu illərdə çalışdırıb.

İtaliyalı jurnalist Nikkolo Çekkarini öz "Twitter" hesabında yazıb ki, Sarri Turin klubunda ilinə 6 milyon avro alacaq. Mütəxəssis üç illik müqavilə müddəti ərzində müvafiq olaraq 18 milyon avro qazanacaq.

Maurisio Sarri 2018-ci ilin yayında "Çelsi" klubunun (İngiltərə) baş məşqçisi təyin olunub. "Zadəganlar" italiyalı baş məşqçinin rəhbərliyi altında İngiltərə Premyer Liqasında üçüncü yeri tutub, İngiltərə Liqa Kubokunun finalına qədər iləliləyib və Avropa Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi